“Qarabağ” “Zalsburq”la oyuna qara sarğı ilə çıxmaq istəyir
2 Avqust 2014 07:31 İdman"Qarabağ" futbol klubu Çempionlar Liqası çərçivəsində "Zaltsburq"la (Avstriya) cavab oyununa bir dəqiqəlik sükutla başlanılmasını istəyir.
ANS PRESS-in məlumatına görə, ötən gecə Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin 8 hərbçisinin şəhid edilməsi bütün ictimaiyyəti sarsıtdı.
Son oyunu ilə azarkeşlərinə və ölkəmizə qələbə sevinci yaşadan Ağdamın "Qarabağ" klubu da rəsmi saytında xalqımıza başsağlığı mesajı yayımlayıb.
Bundan başqa, komandanın Avstriyada keçiriləcək cavab qarşılaşmasında oyunu 1 dəqiqəlik sükutla başlamaq niyyətində olduğu, eləcə də qara formada və qara sarğıda çıxış etmək istədikləri bildirilir. Bu barədə "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.
Qeyd edək ki, "Qarabağ"ın bu addımı Azərbaycan ordusunun 8 hərbçisinin şəhid olması ilə bağlıdır.