"İnter"in sabiq futbolçusu dünyasını dəyişdi

Bu gün 42 yaşında ötənlərin məşhur futbolçusu Valentin Belkeviç dünyasını dəyişib.  "Olaylar"ın  qol.az-a istinadən xəbər verir ki,o, ürək çatışmazlığından vəfat edib.

Qeyd edək ki, V.Belkeviç 2010-cu ildən Kiyevin "Dinamo" klubunun əvəzedici heyətində məşqçi kimi çalışıb. O, futbolçu karyerası ərzində Minskin və Kiyevin "Dinamo" komandalarında, eləcə də Belarus millisindəki oyunları ilə ad çıxarıb. Belkeviç 2008-2009-cu il mövsümündə Bakının "İnter" klubunun da şərəfini qoruyub. O, paytaxt təmsilçisində beş oyun keçirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31