"Neftçi" gürcü səddini keçə bilmədi

Bu gün UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunlarına start verilib.Trend-in məlumatına görə, "Neftçi" Bakıda Gürcüstanın "Çixura" klubunu qəbul edib."Neftçi"nin çoxsaylı hücumlarına baxmayaraq, ilk hissədə rəqib qapısı toxunulmaz qalıb.İkinici hissədə də ssenari dəyişməyib. Bütün oyun ərzində müdafiəyə qapılan gürcülər istəklərinə nail olublar - 0:0.Qeyd edək ki, cavab oyunu avqustun 7-də Tbilisidə keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31