Rodriqes Falkaonun "Real"a transfer olunmasını istəyir
31 İyul 2014 20:25 İdman"Real" (Madrid) klubunun yeni transferi Xames Rodriqes "Monako"dakı sabiq komanda yoldaşı Radamel Falkao haqda danışıb. Qol.Az-ın məlumatına görə, Rodriqes "Football Espana"ya açıqlamasında Falkaonun "Real"a gəlməsini istədiyini bildirib: "Falkaonun "Real"da oynayacağına şübhə etmirəm. Ancaq onun hansı klubda oynaması ilə bağlı qərarı mən verməyəcəm. Hər şey klubun prezidentindən asılıdır. Bu keçid baş tuta bilər. Çünki Falkao "Real"a uyğun və səviyyəli futbolçudur. Onda qələbə əzmi var ki, Madrid klubunda da məhz bu tələb olunur. Ümid edirəm ki, Falkao "Real"a keçəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31