Millət vəkili: ““Qarabağ”ın güclü Avropa klubuna qalib gəlməsi həm də hədəfə çatma inancı baxımından ciddi uğur sayılmalıdır”
31 İyul 2014 13:42 İdmanMillət vəkili Fazil Mustafa "Qarabağ"ın "Zalsburq" üzərində qələbəsindən danışıb. F.Mustafa qeyd edib ki, "Qarabağ"ın güclü Avropa klubuna qalib gəlməsi nəticə baxımından deyil, hədəfə çatma inancı baxımından ciddi uğur sayılmalıdır: "Qarabağ savaşını uduzmuş bir millətə kiçik-kiçik də, az-az da olsa qələbələrə alışqanlıq lazımdır. Ən başlıcası da odur ki, inananda və doğru təşkilatlananda keyfiyyətcə səndən üstün rəqibə də qalib gələ bilərsən. Qurban Qurbanov ağıllı və təmkinli məşqçidir, oyunu sona qədər nəzarətdə saxlaya bilir. Bu uğurun davamını gözləyirik". ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31