Qurban Qurbanov: “Qələbənin pisi, yaxşısı olmaz”

"Son vaxtlar konfransda bu qədər jurnalist görməmişəm" - "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov "Facebook" səhifəsində komandasının "Zalsburq"la oyunundan sonra belə yazıb. Q.Qurbanov dəstəyə görə, hər kəsə öz minnətdarlığını bildirib: "Bundan başqa azarkeşlərə də dəstəyə görə minnətdaram. Bu da onu göstərir ki, tək biz yox, hər kəs "Qarabağ"ın qələbəsini istəyirdi. Rəqibə imkan verməməyə çalışdıq. Qələbənin pisi, yaxşısı olmaz. Belə bir komandaya qarşı bu cür bir qələbə yaxşıdır. Çalışacağıq ki, Avstriyadakı oyuna düzgün hazırlaşaq. Ola bilər ki, bu cür azarkeş dəstəyi orada olsun və buna da hazır olmalıyıq". Qeyd edək ki, Ağdamın "Qarabağ" futbol klubu Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində baş tutan qarşılaşmada Avstriyanın "Zalsburq" komandasını 2-1 hesabı ilə məğlub edib. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31