Dünya çempionatının ulduzu “Liverpul”da
30 İyul 2014 12:25 İdmanİngiltərənin "Liverpul" klubu Belçika millisinin futbolçusu Divok Origini transfer etdiyini açıqlayıb. "Olaylar"-ın Lent.az-a istinadən məlumatına görə, son dünya çempionatında parlayan 19 yaşlı hücumçu üçün ingilis klubu 12 milyon avro xərcləyəcək. Planlaşdırılır ki, Origi gələn mövsümü Fransanın "Lill" komandasında icarə əsasında keçirsin. Divok Origi Belçikanın "Genk" klubunda futbol həyatına başlayıb. 2010-cu ildə Fransanın "Lill" komandasına transfer olub. Belçikalı hücumçu fransız klubunun heyətində 5 qol vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31