Skolarinin yeni komandası bəlli oldu

"DÇ-2014"dən sonra Braziliya millisi ilə yollarını ayıran Luis Felipe Skolarinin yeni komandası bəlli olub. Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis Braziliyanın "Qremio" klubunu çalışdıracaq. "Qremio" ilə bütün məsələlərdə razılığa gələn Skolarinin komandası 12 oyundan sonra 19 xalla 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, 65 yaşlı mütəxəssis 1987 və 1993-1996-cı illərdə "Qremio"nu çalışdırmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31