Ünal Aysal: "Sneyder "Qalatasaray"da qalacaq"
29 İyul 2014 16:51 İdman"Qalatasaray"ın prezidenti Ünal Aysal Uesli Sneyderin komandadakı gələcək taleyinə aydınlıq gətirib. "Olaylar"-ın Qol.az-a istinadən məlumatına görə, "Hürriyet" qəzetinə danışan Ü.Aysal hollandiyalı futbolçunun "Qalatasaray"da qalacağını bildirib: "Sneyder komandada qalacaq. Bizim, Prandelli və futbolçunun da fikri eynidir. Ayrılıq haqda düşünmürük. Sneyder ağır mövsüm keçirdi və daha sonra dünya çempionatında oynadı. İstirahətdən sonra komandaya qoşulacaq". Klub prezidenti "Qalatasaray"ın heyətindən kənarda qalan Səbri Sarıoğlunun komandanın düşərgəsinə qaytarıla biləcəyini deyib: "Heç kəsin Səbriyə qarşı mənfi münasibəti yoxdur. O, sevdiyimiz və uğurlu çıxış etməsini istədiyimiz bir futbolçudur. Özünə daha yaxşı baxmalıdır. Yaxşı hazırlacağı təqdirdə Prandelli ona şans verəcək. Etməli olduğu yeganə şey başqalarını deyil, Prandellini dinləməkdir".