“Arsenal”dan növbəti transfer

Yeni mövsümə hazırlıqlarını davam etdirən İngiltərəin "Arsenal" klubu heyətini daha bir futbolçu ilə gücləndirib. "Olaylar"-ın Qol.az-a istinadən məlumatına görə, London klubu "Souzhempton"dan gənc müdafiəçi Kalum Çambersi transfer edib. Müqavilə müddəti açıqlanmasa da, futbolçu ilə uzunmüddətli razılıq əldə olunduğu bildirilir.

Qeyd edək ki, 19 yaşlı oyunçu ötən mövsüm "Souzhempton"un heyətində 22 oyuna çıxıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31