"Qarabağ" - "Zalsburq" matçının hakimləri müəyyənləşdi
25 İyul 2014 20:55 İdmanÇempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Qarabağ" (Azərbaycan) - "Zalsburq" (Avstriya) matçının hakim təyinatları açıqlanıb. "Olaylar"-ın Qol.az-a istinadən verdiyi məlumata görə, iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşü ukraynalı Sergey Boyko idarə edəcək. Boykoya Aleksandr Voytyuk və Oleq Pluznyuk yardım edəcək. Dördüncü hakim funksiyasını Anatoli Abdula yerinə yetirəcək. Oyunun UEFA nümayəndəsi Oğuz Sarvan (Türkiyə), hakim-inspektoru isə Kuanış Kanapyanovdu (Qazaxıstan).
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31