Yığmamız qələbə qazandı
25 İyul 2014 20:45 İdman16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Almaniyanın Duysburq şəhərində təşkil olunmuş turnirdə üçüncü oyununu keçirib. "Olaylar"-ın Qol.az-a istinadən verdiyi məlumata görə, Almaniyanın Bremen regional yığması ilə qarşılaşan futbolçularımız Nadir Qasımov və Pilağa Mehdiyevin vurduğu qollar sayəsində 2:1 hesabı ilə qələbə qazanıb. Xatırladaq ki, turnirdəki ilk oyununda komandamız Mecklenburq-Vorpommern regional yığmasına 2:1 hesabı ilə qalib gəlmiş, ikinci qarşılaşmada isə Baden regional yığmasına 0:1 hesabı ilə məğlub olmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31