Yunanıstan millisinin yeni baş məşqçisi bəlli oldu

Yunanıstan milli komandasının yeni baş məşqçisi bəlli olub. "Olaylar"-ın Qol.az-a  istinadən verdiyi məlumata görə, komandanı Klaudio Ranyeri çalışdıracaq. 62 yaşlı mütəxəssislə iki müqavilə imzalanıb. Ranyeri bu vəzifədə "DÇ-2014"ün 1/8 finalında Kosta-Rikaya penaltilərlə məğlub olduqdan sonra istefa verən Fernando Santosu əvəzləyib.

Qeyd edək ki, Ranyeri İtaliyada "Kalyari", "Napoli", "Fiorentina", "Parma", "Yuventus", "Roma", "İnter", İspaniyada "Valensiya", "Atletiko" (Madrid) və İngiltərədə "Çelsi"ni çalışdırıb. Onun son komandası isə Fransanın "Monako" klubu olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31