"Qəbələ"dən növbəti transfer
25 İyul 2014 20:35 İdmanHollandiya toplanışını davam etdirən "Qəbələ" klubu heyətini daha bir futbolçu ilə gücləndirib. "Olaylar"-ın Qol.az-a istinadən verdiyi məlumata görə, nigeriyalı hücumçu Ekiqo Ehiosun ilə bir illik müqavilə imzalanıb. 1990-cı il iyunun 25-i Nigeriyada anadan olan Ekiqo peşəkar futbolçu karyerasına 2008-ci ildə ölkəsinin "Varri Volfs" klubunda başlayıb. 2011-ci ildə Türkiyə "Samsunspor"una transfer olunan hücumçu bir il sonra eyni ölkənin "Gənclərbirliyi" klubuna keçib. Ekiqo 2013/2014 mövsümünü icarə əsasında "Samsunspor"da keçirib.
Qeyd edək ki, Ekiqo Nigeriya yığmasının heyətində üç oyuna çıxıb və bir qola imza atıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31