"Real" Falkaonun qarşısına şərt qoydu

"Monako"nun futbolçusu Radamel Falkao yeni mövsümdə "Real"da icarə əsasında oynaya bilər. "Olaylar" Qol.Az-a istinadən xəbər verir ki, bununla bağlı Madrid klubunun prezidenti Florentino Pereslə "Monako"nun vitse-prezidenti Vadim Vasilyev arasında razılıq əldə olunub. Kolumbiyalı hücumçunun 12 milyon avro qarşılığında 2014/2015 mövsümündə "Real"ın şərəfini qoruya biləcəyi iddia edilib. Ancaq bu transferin rəsmən gerçəkləşməsi üçün La Liqa təmsilçisi Radamel Falkaonun qarşısına şərt qoyub. Qeyd olunub ki, oyunçu ilə müqavilə imzalanması üçün o, tam sağalmalıdı. Xatırladaq ki, Falkao yanvarın 22-də Fransa kubokunun 1/16 final mərhələsinin "Mont d'Or Azerq"lə görüşündə ciddi zədə alıb. Onun artıq zədəsinin tam sağalmağa doğru getdiyi bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31