"Çixura" - "Bursaspor" matçından sonra qalmaqal

Avropa Liqasının ikinci təsnifat mərhələsində "Çixura" - "Bursaspor" matçından sonra qalmaqal baş verib. "Olaylar"ın Qol.az-a istinadən verdiyi xəbərə görə,  oyun bitdikdən sonra keçirilən mətbuat konfransında "Çixura"nın baş məşqçisi Soso Pruizde və qapıçı Kvilitainin açıqlamaları türkcəyə tərcümə olunmayıb. Bundan sonra gürcü və türkiyəli jurnalistlər arasında mübahisə yaşanıb. Bu zaman gürcüstanlı azarkeşlər və jurnalistlərə türkiyəli mətbuat nümayəndələrini döyüb. Davada Türkiyənin bir neçə jurnalisti yaralanıb. Yalnız mühafizəçilərin müdaxiləsindən sonra gürcü azarkeşlər və jurnalistlər hadisə yerindən uzaqlaşdırlıb. Türkiyəli jurnalistlər isə ifadələri alındıqdan sonra stadionu tərk ediblər. Baş verən hadisələrə görə "Bursaspor" Gürcüstanı üç saat gec ayrılıb.

Qeyd edək ki, "Neftçi" Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Çixura" ilə qarşılaşacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31