UEFA reytinqi: Azərbaycandan rekord

UEFA-nın əmsallar cədvəli açıqlanıb. apasport.az xəbər verir ki, avrokubokların II təsnifat mərhələsinin cavab oyunlarından sonra siyahıda müəyyən dəyişikliklər olub. Bu dəyişikliklər Azərbaycanın tarixinin rekordunu təkrarlaması ilə nəticələnib. Belə ki, ölkəmiz son 5 mövsümün nəticələrinə əsasən, toplanan əmsalını 10,375-ə çatdırıb. Bu isə futbol tariximizdə ən yüksək göstəricinin - ötən mövsümün sonundakı nəticənin təkrarıdır.Qazanılacaq növbəti heç-heçə belə yeni rekordla nəticələnəcək. İndiki göstəricinin bu həddə çatmasında isə "Neftçi"nin qələbəsi rol oynadı. Sloveniyada "Koper"i 2:0 hesabı ilə yenən "ağ-qaralar"ın qazandıdığı 0,250 xal rekorda səbəb oldu.
 
Cari mövsüm toplanan 1,500 xalın 0,750-sini isə "İnter" əldə edib. Öz meydanında "Elfsborq"a 0:1 hesabı ilə yenilən bakılılar bu rəqəmi artıra bilməyiblər. "Qarabağ" isə aktivimizə 0,500 xal gətirib.
 
Lakin rekordun təkrarlanması ümumi sıralamadakı mövqeyə təsir etməyib. Azərbaycan hələ də 30-cu sıradadır. 29-cu olan Macarıstanla xal fərqi 0,250-də qalıb. Ən yaxın izləyicimiz - 31-ci olan Slovakiya ilə fərq də eynidir. "Slovan"ın Uelsdə TNS-ə 2 cavabsız qol vurması fərqin qorunması ilə nəticələnib. Ən yaxın izləyicimiz Slovakiya ilə xal fərqi də eynidir.


yer
Ölkə
xal
klublar
1
İspaniya
81.499
7/ 7
2
İngiltərə
68.534
7/ 7
3
Almaniya
65.272
7/ 7
4
Portuqaliya
53.632
6/ 6
5
İtaliya
52.843
6/ 6
6
Fransa
42.833
6/ 6
7
Rusiya
41.832
6/ 6
8
Ukrayna
36.166
6/ 6
9
Hollandiya
35.646
5/ 6
10
Belçika
28.800
5/ 5
11
İsveçrə
28.475
4/ 5
12
Türkiyə
27.600
4/ 5
13
Yunanıstan
26.800
5/ 5
14
Çexiya
26.625
4/ 4
15
Rumıniya
22.549
4/ 4
16
Avstriya
22.050
4/ 4
17
İsrail
20.500
2/ 4
18
Kipr
19.300
5/ 5
19
Xorvatiya
18.625
4/ 4
20
Polşa
17.750
3/ 4
21
Danimarka
17.200
5/ 5
22
Belarus
16.500
3/ 4
23
Şotlandiya
15.650
3/ 4
24
İsveç
15.525
5/ 5
25
Bolqarıstan
14.500
1/ 4
26
Norveç
14.075
2/ 5
27
Serbiya
12.625
1/ 4
28
Sloveniya
11.125
1/ 4
29
Macarıstan
10.625
2/ 4
30
AZƏRBAYCAN
10.375
2/ 4
31
Slovakiya
10.125
3/ 4
32
Qazaxıstan
9.625
3/ 4
33
Moldova
9.375
2/ 4
34
Gürcüstan
9.250
1/ 4
35
İslandiya
7.375
2/ 4
36
Bosniya və Hersoqovina
7.250
1/ 4
37
Finlandiya
7.000
1/ 5
38
Lixtenşteyn
6.000
1
39
Makedoniya
5.875
1/ 4
40
İrlandiya
5.750
4
41
Monteneqro
5.625
4
42
Albaniya
5.375
4
43
Lüksemburq
5.125
4
44
Şimali İrlandiya
4.875
4
45
Litva
4.500
4
46
Latviya
4.250
4
47
Malta
4.208
4
48
Estoniya
3.500
4
49
Farer adaları
3.500
1/ 4
50
Uels
2.875
4
51
Ermənistan
2.750
4
52
Andorra
0.833
3
53
San-Marino
0.499
3
54
Cəbəllütariq
0.250
2

Qeyd: klublar sütununda "/" işarəsindən əvvəl mübarizəni davam etdirən, sonra isə bütün klubların sayı əks olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31