Suaresin şikayəti qəbul olundu

Beynəlxalq İdman Arbitraj Məhkəməsi Uruqvay millisinin və "Barselona"nın futbolçusu Luis Suaresin cəzasının azaldılması ilə bağlı şikayət ərizəsini qəbul edib. "Olaylar" Qol.Az-a istinadən xəbər verir ki, Suareslə bağlı qərarın avqustun 11-i və ya 12-də veriləcəyi bildirilib. Xatırladaq ki, Suares "DÇ-2014"də İtaliya ilə matçda rəqib futbolçu Corcio Kyellininin çiynini dişlədiyi üçün FİFA tərəfindən dörd ay müddətinə futboldan kənarlaşdırılıb və onun millinin heyətində doqquz oyunda meydana çıxmasına qadağa qoyulub. Bu cəzadan sonra o, FİFA Apelyasiya Komitəsinə müraciət etsə də, əvvəlki qərar qüvvədə saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31