Çempionlar Liqasında II təsnifat mərhələsi başa çatdı - NƏTİCƏLƏR
24 İyul 2014 10:37 İdmanİyulun 23-də Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub.Lent.az-ın məlumatına görə, qarşılaşmalar aşağıdakı nəticələrlə bitib.
"Styaua" (Rumıniya) - "Stromqodset" (Norveç) (İlk oyun 1:0) - 2:0
Qollar: Rapa, 72 (1:0), Stanku, 84 (2:0)
"Maribor" (Sloveniya) - "Zrinski" (Bosniya və Hersoqovina) (İlk oyun - 0:0) - 2:0
Qol: Vrşiç, 45 (1:0), İbraimi, 57 (2:0)
"Sent Patriks" (İrlandiya) - "Legiya" (Polşa) (İlk oyun - 1:1) - 0:5
Qol: Radoviç, 25 (0:1), Zuqo, 68 (0:2), Radoviç, 82 (0:3), Saqonovski, 87 (0:4), Burne, 90+2 (0:5)
"Aktobe" (Qazaxıstan) - "Dinamo" (Tiflis, Gürcüstan) (İlk oyun - 1:0) - 3:0
Qollar: Antonov, 75 (1:0), Zenkoviç, 82 (2:0), Aimbetov, 90+4 (3:0)
HİK (Finlandiya) - "Rabotniçki" (Makedoniya) (İlk oyun - 0:0) - 2:1
Qollar: Lod, 22 (1:0), Moren, 26 (2:0), Vujçiç, 47 (2:1)
"Ventspils" (Latviya) - "Malmö" (İsveç) (İlk oyun - 0:0) - 0:1 Qol: Kiese Thelin, 19 (0:1)
Qeyd edək ki, cavab oyunlarının 11-i iyulun 22-də keçirilib.