"İnter" "Elfsborq"la oyuna ciddi itki ilə çıxacaq
23 İyul 2014 19:22 İdmanAvropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində sabah "Elfsborq"la qarşılaşacaq "İnter" oyuna ciddi itki ilə çıxacaq. Avroliqanın I mərhələsinin "Tiraspol"la ilk oyununda ayağından xəsarət alan Elvin Məmmədov sabahkı görüşdə də komandasına kömək edə bilməyəcək. O, hələlik məşqlərdə iştirak etmir. Bu barədə Qol.Az saytına futbolçu özü məlumat verib. Təcrübəli yarımmüdafiəçi bildirib ki, hələlik fizioterapevt nəzarəti altında məşq edir və nə vaxt sıraya dönəcəyi bəlli deyil. Qol.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31