"Real" yeni transferi Xames Rodriqesı ictimaiyyətə təqdim edib. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, "Santyaqo Bernabeu" stadionunda keçirilən təqdimetmə mərasimində 44 min azarkeş iştirak edib. X.Rodriqes altı illik müqavilə imzaladıqdan sonra bunları deyib: "Bu gün xəyallarım gerçəkləşdi. Ümid edirəm ki, burada bir çox kubok qazanacam".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31