16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Almaniyanın Duysburq şəhərində təşkil olunmuş turnirdə ilk oyununu keçirib. Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, futbolçularımız Almaniyanın Mecklenburq-Vorpommern regional yığması ilə qarşılaşıb. Fərid Nəbiyevin dublu sayəsində qarşılaşma 2:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31