Ronaldo futboldan gedəcəyi vaxtı açıqladı
22 İyul 2014 20:40 İdman"Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo gələcək karyerası haqda danışıb. Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, 29 yaşlı portuqaliyalı oyunçu daha 6-7 il futbol oynamaq istədiyini bildirib: "Daha 6-7 il yüksək səviyyədə futbol oynamağı düşünürəm. Özümə diqqət edirəm. Zədəm tamamilə sağalıb. Yenidən davam etmək və mövsümün sonuna qədər yaxşı formada qalmaq istəyirəm. Ötən mövsüm gözəl alındı. Yeni mövsümdə 5-6 titul qazanmaq imkanımız olacaq. Bütün mövsüm ərzində əlimdən gələnin ən yaxşısını edəcəm. Vuracağım qollarla komandanın titul qazanmasına kömək etmək istəyirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31