Xames Rodriqes rəsmən "Real"da
22 İyul 2014 20:30 İdmanReal" (Madrid) klubu "Monako"nun futbolçusu Xames Rodriqesin transferini rəsmiləşdirib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün tibbi müayinədən keçən kolumbiyalı futbolçu ilə 6 illik müqavilə imzalanıb. Lakin futbolçunun transfer qiyməti haqda məlumat verilməyib. 23 yaşlı futbolçu yeni komandasında 10 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, X.Rodriqes Kolumbiya millisinin heyətində 6 qolla "DÇ-2014"ün bombardiri olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31