“Qarabağ” “Valletta”ya qarşı
22 İyul 2014 20:25 İdmanBu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. Turnirdə yeganə təmsilçimiz "Qarabağ" da bu gün meydana çıxacaq. Qurban Qurbanovun komandası doğma meydanda Maltanın "Valletta" klubu ilə qarşılaşacaq. Səfərdə keçirilən ilk oyunda 1:0 hesabı ilə qalib gələn "Qarabağ" cavab oyununa üstün durumda çıxacaq. Ağdam təmsilçisinə növbəti mərhələyə yüksəlmək üçün istənilən hesablı heç-heçə də sərf edir. Qarşılaşma saat 21:30-da start götürəcək. Qol.az
22 iyul
Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları
21:30."Qarabağ" (Azərbaycan) - "Valletta" (Malta) (İlk oyun - 1:0)
Hakimlər: Sergey Tsinkeviç, Yevgeni Ramanov, Vitali Malyutsin, Denis Şerbakov (hamısı Belarus).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.