Bavariya kəndlilərindən Almaniya milli komandasına sürpriz

Alman kəndlilər Braziliyada keçirilən futbol üzrə dünya çempionatının qalibi olmuş Almaniya millisi üçün sürpriz hazırlayıblar. Fermerlərin 18 000 kvadrat metrlik tərəvəz sahəsində Almaniyanın qələbəsi əks olunmuş görüntülər yer alıb. Bavariyanın Uttinq şəhərinin kəndlərindən birində hazırlanmış labirent yüksəklikdən baxanda Braziliya bayrağı üzərində qol vurmağa hazırlaşan futbolçunun əks olunduğu görünür. Eyni zamanda Almaniya, Argentina və Hollandiyanın bayraqları da əks olunub. Labirenti hazırlayanlar Uli və Korine Ernst əsəri hazırlamaq üçün aprel ayından sahədə qarğıdalı, lobya, balqabaq, konola və xətmi çiçəyi yetişdiriblər. Alman mətbuatının məlumatına görə, insanlar sentyabrın sonuna kimi labirenti görmək üçün sahəyə gələ biləcəklər. Qeyd edək ki, dünya kubokunun yarımfinalında Braziliyanı 7-1 məğlub edən Almaniya finalda Argentina 1-0 hesabı ilə məğlub edərək çempion titulunu qazanıb. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31