"Monako" Xames Rodriqesə əvəzləyici tapdı
22 İyul 2014 12:07 İdman"Monako" klubu Madrid "Real"ı ilə müqavilə imzalayacağı gözlənilən Xames Rodriqesə əvəzləyici tapıb. Qol.Az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, klub "Qalatasaray"ın futbolçusu Uesli Sneyderi transfer edərək yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır. "Monako"nun bu transfer üçün E.Sneyderin təzminat qiyməti olan 20 milyon avrodan bir qədər aşağı məbləğ ödəmək istədiyi bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31