Xavi "Barselona"dan gedir
Tanınmış futbolçu "Nyu York Siti" ilə 3 illik müqavilə imzalayacaq
22 İyul 2014 11:39 İdmanİspaniyalı futbolçu Xavi Hernandez "Barselona"a ilə vidalaşır.ANS PRESS-in məlumatına görə, uşaq yaşlarından kataloniyalıların klubuna xidmət göstərən ulduz oyunçu klubla yollarını ayırır. İspaniyanın yüksək tirajlı qəzetlərinin iddiasına görə, tanınmış futbolçu ABŞ-ın MLS Liqası klublarından "Nyu York Siti" ilə 3 illik müqavilə imzalayacaq.Oyunçunun transferinin cümə axşamı gününə qədər dəqiqləşəcəyi gözlənilir. Xavi transfer olacağı təqdirdə köhnə komanda yoldaşı David Villa ilə təkrar eyni komandada görüşəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31