Neymar: "Messinin fanatıyam"

"Barselona" klubunun hücumçusu Neymar komanda yoldaşı Lionel Messi haqda xoş sözlər deyib. "Globo"ya danışan braziliyalı futbolçu Messinin fanatı olduğunu bildirib: "Həm futbolçu, həm də insan kimi Messinin fanatıyam. Onun "DÇ-2014"ün "Qızıl top" mükafatına layiq olub-olmadığını bilmirəm. Ancaq o, ilk "üç"lükdə var idi. Mən Bastian Şvaynştayger (Almaniya) və Aryen Robbeni (Hollandiya) də qeyd edərdim. Bu futbolçular mundialda digərlərindən daha parlaq oyun sərgilədilər". Qol.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31