"İnter"in rəqibi ciddi itki ilə üzləşdi
21 İyul 2014 20:30 İdmanAvropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda "İnter"in qonağı olacaq "Elfsborq" klubu ciddi itki ilə üzləşib. Qol.Azın İsveç mətbuatına istinadən verdiyi məlumata görə, komandanın aparıcı müdafiəçisi Yon Yönsson zədə səbəbindən cavab matçında iştirak etməyəcək. "Elfsborq"un fizioterapevti Susan Malbi futbolçunun dabanında ağrılar olduğunu və bu səbəbdən İsveçdə qalacağını bildirib.
Qeyd edək ki, "İnter" - "Elfsborq" oyunu iyulun 24-də Bakıda, saat 21:00-da başlayacaq. Bu komandalar arasında İsveçdə baş tutan ilk görüşdə "İnter" 1:0 hesabı ilə qalib gəlmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31