“İnter” – “Elfsborq” oyunu canlı yayımlanacaq

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "İnter" - "Elfsborq" matçı televiziya vasitəsi ilə canlı yayımlanacaq. Bu barədə Qol.Az-a klubun mətbuat xidmətindən məlumat verilib. Qarşılaşma "İdman Azərbaycan" telekanalı vasitəsi ilə nümayiş etdiriləcək. Xatırladaq ki, "Şəfa" stadionunda keçiriləcək oyun iyulun 24-ü saat 21:00-da başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31