“Neftçi”nin oyunçularının maaşı son qəpiyinə qədər ödənilib”
21 İyul 2014 20:15 İdman"Neftçi" klubundan futbolçuların maaşlarının iki ay ödənilməməsi ilə bağlı xəbərlər həqiqətə əks edirmir. Bizdə bununla bağlı problem olmayıb". Qol.Az saytının müxbiri ilə söhbətində bu sözləri "Neftçi"nin mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Gündüz Abbaszadə deyib. Son vaxtlar klubda maddi problemlərin yaşanması barədə xəbərlərin həqiqətəuyğun olmadığını deyən G.Abbaszadə qeyd edib ki, Avropa Liqasının ikinci təsnifat mərhələsinin Sloveniya "Koper"i ilə Bakıda keçirilən oyunundan iki gün əvvəl futbolçu və məşqçi heyətinin maaşı son qəpiyinə qədər ödənilib. "Hazırda "Neftçi"nin klubunun futbolçularının maaşla bağlı hansısa problemi yoxdur" - deyə o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31