"Qalatasaray"dan Pirlo açıqlaması

"Qalatasaray"ın prezidenti Ünal Aysal "Yuventus"un futbolçusu Andrea Pirlonu transfer edəcəkləri ilə bağlı yayılan iddialara aydınlıq gətirib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o, təcrübəli oyunçu ilə maraqlanmadıqlarını deyərək iddiaları təkzib edib: "Pirlonun adı bizim transfer siyahımızda yoxdur. Onun üçün "Yuventus"a təklif göndərməmişik".

Qeyd edək ki, İtaliya mətbuatı "Qalatasaray"ın Pirlo üçün "Yuventus"a təklif göndərdiyini yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31