Almaniya millisinin qazandığı dünya kuboku zədələndi
21 İyul 2014 14:02 İdmanAlmaniya millisinin Braziliyada qazandığı dünya kubokunun bir hissəsi qırılıb. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə Almaniya Futbol Federasiyasının prezidenti Volfqanq Nirsbax açıqlamasında deyib. O bildirib ki, kuboku kimin zədələdiyi müəyyənləşməyib. Federasiya rəsmisi eyni zamanda qırılmış hissənin mütəxəssislər tərəfindən bərpa ediləcəyini deyib.
Qeyd edək ki, Almaniya millisinin qazandığı kubokun surəti zədələnib. Kubokun əsli isə FİFA-nın İsveçrədəki ofisində saxlanılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31