Futbolçular Luçeskonu pis vəziyyətdə qoydu
21 İyul 2014 12:58 İdmanDonetskin "Şaxtyor" klubunun bəzi oyunçuları gözlənilməz addım atıblar. Komandanın braziliyalı futbolçuları Aleks Teyxeyra, Fred, Dentinyo, Duqlas Koşta və argentinalı Fakundo Ferreyra "Lyon"nla oyundan "1:4 hesablı məğlubiyyət" sonra Ukraynaya qayıtmaq istəmədiklərini deyiblər. Onlar buna səbəb kimi, bir neçə gün öncə Malayziya Hava Yollarına məxsus olan və Amsterdam - Kuala Lampur istiqamətində uçan təyyarənin vurulmasını göstərib. Oyunçular Ukraynaya qayıtmamaqla baş məşqçi Mirça Luçeskunu çıxılmaz vəziyyətdə qoyublar.
Qeyd edək ki, Ukraynada sərnişin təyyarəsinin raketlə vurulması nəticəsində 298 nəfər həlak olub. Lent.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31