"Qızıl top" mükafatının Messiyə verilməsinin səbəbi açıqlandı

FİFA nümayəndəsi Jerard Houlyer "DÇ-2014"ün ən yaxşısı seçilən Lionel Messiyə "Qızıl top" mükafatının verilməsinin səbəbləri haqda danışıb. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o deyib ki, Argentina millisinin hücumçusu "DÇ-2014"ün ilk dörd matçında komandasının qələbə qazanmasında böyük pay sahibi olduğu və Hollandiya ilə görüşdə ilk penaltini qola çevirdiyi üçün bu mükafata layiq görülüb: "Messini "Qızıl top"u qazanması narazılığa səbəb oldu. Ancaq buna etiraz edənlər yalnız onun Almaniya ilə final matçındakı çıxışını dəyərləndirirlər. FİFA isə Messinin "DÇ-2014"də bütün oyunlarını izlədikdən sonra bu qərarı verib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31