Arda Turan Sinem haqda gözlənilməz açılamalar verdi
27 Dekabr 2013 16:33 İdmanİspaniyanın Atletiko Madrid klubunda forma geyinən türkiyəli futbolçu Arda Turan nişanlısı Sinem Kobalı haqda maraqlı və gözlənilməz açıqlamalar verib. "OLAYLAR" İA-nın Türkiyə mediasına istinadən məlumatına görə, futbolçu haqqında yayılan şayiələrin gerçəyi əks etdirmədiyini deyib. Hər zaman səmimi, mediaya açıq olduğunu deyən Arda Turan bir çox jurnalistlərin bu münasibətlərdən sui-istifadə etdiyini deyərək yalnış məlumatlar sızdırdığını söyləyib: "Mediada yazılır ki, guya biz ayrılmışıq, ya nə bilim mənim ailəm guya Sinemi qəbul etmir. Bunlar hamısı yalandı. Belə şey ola bilməz. Sinem mənim başımın tacıdı. Burak Yılmazla əlaqədar yazılan informasiya da doğrunu əks etdirmir. Mən zədəli olduğum vaxtda da haqqımda olar-olmaz şeylər yazdılar. Bekar adam deyiləm, 3 gündən bir İspaniyaya gedirəm. Bu cür suallara aydınlıq gətirəcək vaxtım da yoxdu".