Səbail rayonunda dünya və Avropa çempionatlarında fərqlənən idmançılarla görüş keçirilib
27 Dekabr 2013 15:33 İdman"Attila" idman klubunun idmançıları ilə Səbail rayon İcra Hakimiyyətində görüş keçirilib. İcra hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan Cüdo Federasiyasının yaranması, təşəkkülü və fəaliyyəti barədə məlumat verib.
Qeyd olunub ki, Səbail rayonunda fəaliyyət göstərən "Attila" İdman klubunun idmançıları həmişə olduğu kimi bu il ərzində də bir sıra beynəlxalq turnir və yarışlarda vətənimizi uğurla təmsil ediblər.
Bildirilib ki, bir neçə gün əvvəl "Attila" klubu idmançıları Cüdo üzrə klublararası Azərbaycan çempionatının qalibi olmuşlar. Ümumilikdə, klubun 75 idmançısı müxtəlif beynəlxalq yarışlarda iştirak edərək müxtəlif əyarlı 24 medal qazanmış, müxtəlif yaş qrupları üzrə Azərbaycan birinciliklərində 11 idmançı I, 6 idmançı - II və 5 idmançı III yerə çıxıblar.
Tədbirdə iştirak edən idmançılara və onların məşqiçilərinə Səbail rayon İcra Hakimiyyəti tərəfindən mükafatlar təqdim olunub. ("OLAYLAR"İA)