Kasilyas "Real"dan getmək istəyir

"Real" (Madrid) klubunun qapıçısı İker Kasilyas yayda komandanı tərk edəcəyini bilər. Qol.Az-ın "AS" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə qolkiperin özü açıqlama verib. Daha öncə "Real"da qalmaq istədiyini deyən Kasilyas, artıq fikrini dəyişdirib. Belə ki, ispaniyalı qapıçı mövsümün sonuna qədər yenidən əsas heyətə qaytarılmasa, komandadan gedəcəyini bildirib.

Qeyd edək ki, ötən qış fasiləsində əsas heyətdəki mövqeyini itirən Kasilyas yalnız İspaniya kuboku və Çempionlar Liqasının görüşlərində meydana çıxır. 32 yaşlı qolkiperlə İngiltərənin "Arsenal" və "Mançester Siti" klubları yaxından maraqlanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31