Qvardiola "Atletiko"nun futbolçusunu istəyir

"Bavariya" klubunun baş məşqçisi Pep Qvardiola transfer etmək istədiyi futbolçunun adını açıqlayıb. Qol.Az-ın məlumatına görə, ispaniyalı mütəxəssis "Atletiko" (Madrid) klubunun futbolçusu Kokeni komandasında görmək istəyir. Qvardiola Kokenin onun komandasının oyun üslubuna uyğun futbolçu olduğunu bildirib. 21 yaşlı futbolçunun transferi üçün yüksək məbləğ təklif edəcəyi gözlənilən "Bavariya"nın Xerdan Şaqirini də qarşı tərəfə verməyə hazır olduğu açıqlanıb.
Qeyd edək ki, "Atletiko"nun yetirməsi olan Koke 2009-cu ildən əsas komandanın heyətində çıxış edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31