La Liqanın ulduz futbolçuları yenidən "Santyaqo Bernabeu"da
26 Dekabr 2013 19:47 İdmanFilippində baş verən tayfun səbəbi ilə küçədə qalan uşaqlara kömək məqsədi ilə La Liqanın ulduz futbolçuları xeyriyyə matçı təşkil edəcək. Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, İker Kasilyas, Serxio Ramos, Andres İnyesta, Karlos Vela, İniqo Martinez, Xavyer Qerra ilə yanaşı, bir çox məşhur futbolçuların olacağı qarşılaşma dekabrın 10-u Madridin "Santyaqo Bernabeu" stadionunda keçiriləcək.
Qeyd edək ki, bu görüşün biletləri bazar günündən satışa çıxardılıb. İlk gündə artıq 15 min bilet satılıb. Bu səbəbdən matça xeyli sayda azarkeş gələcəyi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31