Mayk Tayson narkotik çəkdiyini etiraf edib

Tayson bildirib ki,ilk dəfə 11 yaşında kokoinin dadına baxıb

Keçmiş amerikalı boksçu Mayk Tayson şəxsi "Müzakirə edilməyən həqiqət: Mənim Avtobioqrafiyam" (Undisputed Truth: My Autobiography) kitabında uşaqlıqdan rinqlərə çıxmazdan öncə narkotik istifadə etdiyini etiraf edib.Tayson bildirib ki,ilk dəfə 11 yaşında kaokoinin dadına baxıb,spirtli içkini isə daha az yaşlarından istifadə etməyə başlayıb.
1987-1990-cı illərin mütləq dünya çempionu qeyd edib ki,2004-cü ildə kokoinin təsiri altında britaniyalı idmançı Denni Uilyama uduzub. Eləcə də bioqrafiyasında,britaniyalı Lenninkson Lyuisomu 2002-ci ildə mətbuat konfransında ayağından dişləyib.Bunların hamısını narkotikə görə baş verdiyini deyib.
Bu günə qədər yaddaşlarda qalan tərəf müqavili Evandera Xolifildin qulağını dişləyərək bir parçasını qoparan epizodu Tayson belə başa salıb: "Rəqibim dayanmadan rinqdə baş nahiyyəsinə qadağan olunmuş hərəkətlərdən istifadə edirdi" deyib. 2000-ci ildə isə dopinq-test nəticəsində sidiyində narkotik aşkar olunduğundan 200 min dollar cərimə olunub".ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31