Boskçumuz erməni rəqibini məğlub etdi
Anapa şəhərində keçirilən yeniyetmələr arasında boks üzrə Avropa birinciliyində günorta proqramının döyüşləri başa çatıb
13 Noyabr 2013 18:16 İdmanRusiyanın Anapa şəhərində keçirilən yeniyetmələr arasında boks üzrə Avropa birinciliyində günorta proqramının döyüşləri başa çatıb.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan milli komandasının 2 üzvü görüşlərini qələbə ilə başa vuraraq, yarımfinala vəsiqə qazanıblar. 46 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov Ermənistan boksçusu Sergey Getovonyan üzərində inamlı qələbə qazanıb - 3:0. Həmyerlimiz yarımfinalda Gürcüstan təmsilçisi Giorgia Çarqazia ilə qarşılaşacaq.
Ümid Rüstəmov da (50 kq) yarımfinala vəsiqə qazanmaqla ən azı Avropa birinciliyinin bürünc medalını özünə təmin edib. Boksçumuz ¼ finalda macarıstanlı Mate Çazçarı üstələyib - 3:0. Rüstəmovun növbəti rəqibi irlandiyalı Patrik Kleari olacaq. Axşam proqramında isə daha 2 boksçumuz rinqə çıxacaq.ans