Valdes: “Barselona” hər zaman Messidən asılı olacaq”
13 Noyabr 2013 19:30 İdman"Barselona" klubunun ispan qapıçısı Viktor Valdez komanda yoldaşı Lionel Messinin haqda danışıb. Qol.Az-ın məlumatına görə, təcrübəli qolkiper Messini "futbol tanrısı" adlandırıb. "Fikrimcə, Messi əsrarəngiz bir futbolçudur. O, "futbol tanrısı"dır. Mən onun oyunundan həzz alıram və fəxr edirəm ki, onunla eyni bir komandada oynayıram.
Messi komanda üçün çox böyük üstünlükdür. Fikirləşirəm ki, "Barselona" hər zaman Messidən asılı olacaq. Çünki o, dünyanın ən güclü futbolçusudur" - deyə Valdez qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31