"Bavariya"nın futbolçusu Frənk Riberinin qardaşı da bundan sonra Münhen təmsilçisinin formasını geyəcək. Qol.Az-ın "L'equipe"ə istinadən verdiyi məlumata görə, klub "Lans"da forma geyən Stiven Riberini komandanın 19 yaş qrupuna transfer edib.
Bu transferdə F.Riberinin böyük rolu olduğu bildirilib. Hazırda zədəli olan futbolçu əvvəlcə həkimlər tərəfindən müalicə olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31