"Mançester Siti" daha bir itki ilə üzləşdi
13 Noyabr 2013 11:00 İdman"Mançester Siti"nin futbolçusu Vinsent Kompaninin yaşıl meydanlara qayıtması bir qədər gecikəcək. Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, oktyabrın 5-də "Everton"la matçda zədələnən kapitanın daha 3 həftə forma geyinə bilməyəcəyi məlum olub. O, bu mövsüm yalnız 6 rəsmi matçda forma geyə bilib.
Qeyd edək ki, bundan əvvəl komandanın digər oyunçusu David Silvanın da bir aylıq sıradan çıxdığı açıqlanmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31