Mourinyo: "Ronaldo ilə çalışmaq karyeramda ən gözəl hadisə idi"

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo "Real" (Madrid) klubunda forma geyinən Kriştiano Ronaldo haqqında maraqlı açıqlamalar verib.Qol.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis dünya futbolunda Ronaldo qədər peşəkar futbolçu görmədiyini bildirib:
"Dünyada Ronaldo qədər peşəkar futbolçu yoxdur. Onunla birgə çalışmağım karyeramda baş verən ən gözəl hadisə idi. Bəli, bizim bir neçə dəfə anlaşılmazlıqlarımız olub. Lakin bu hər məşqçi və futbolçu arasında olur. Fikirləşirəm ki, Ronaldo başqa bir aləmdəndir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31