Simeone: "İspaniyanın ən yaxşı ikinci klubu "Real" deyil, bizik"

"Atletiko"nun (Madrid) baş məşqçisi Dieqo Simeone iddialı açıqlama verib. Qol.Az-ın məlumatına görə, "COPE"ya danışan argentinalı mütəxəssis deyib ki, İspaniyanın ikinci ən yaxşı klubu öz komandasıdır. "Real"dan (Madrid) daha güclü olduqlarını düşünən çalışdırıcı "Barselona"nı ölkənin ən yaxşı komandası hesab edir:
 "La Liqa çox sıxıcıdır. Çünki "Barselona" çox vaxt zirvədə olur. Onlar yaxşı, pis oynasalar da, qazanırlar. Biz də bu mövsüm "Barsa"nı izləyirik. İspaniyanın ən yaxşı ikinci klubu "Real" deyil, bizik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31