Bekhem "İlin ən dəbli kişisi" seçildi
"Heç bir idmançı Bekhem qədər dəbə öz stili ilə təsir edə bilməyib"
12 Noyabr 2013 18:37 İdmanHəm görünüşü həm də oyunları ilə sevgi qazanan keçmiş futbolçu Devid Bekhem ilin ən dəbli adamı seçilib. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, karyerasına son qoymuş top ustadı tanınmış GQ jurnalının təşkil etdiyi 15-ci "İlin ən dəbli kişisi" mükafatının təqdimetmə mərasimində iştirak edib.
Mərasimlərdə ən çox klassik stili ilə diqqət mərkəzində olan Devid bu dəfə də "İlin ən dəbli kişisi" mükafatına laiq görülüb. Dərginin baş direktoru Xose Redondo Veqa bildirib ki, indiyədək heç bir idmançı Bekhem qədər dəbə öz stili ilə təsir edə bilməyib:
"O, modellikdən fotoqraflığa qədər bütün dizaynlara təsir edə bilən biridir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31