"Real" və "Barselona" yalnız finalda qarşılaşa bilər
12 Noyabr 2013 13:20 İdmanBu mövsüm üçün İspaniya kubokunun püşkü atılıb.
Qol.Az-ın məlumatına görə, püşkə əsasən finala qədər olan təqvim müəyyənləşib.
İspaniya nəhənglərindən "Barselona" və "Real" (Madrid) klublarının qarşılaşması yalnız finalda mümkün olacaq.
1/8 finalda "Barselona" səfərdə "Kartaqena", "Real" (Madrid) klubu isə "Olimpik Xativa" ilə qarşılaşacaq. "Land of Fire Azerbaijan" formalı "Atletiko" (Madrid) klubu isə səfərdə "Sant Andreu"nun qonağı olacaq.
Əlavə edək ki, 1/8 final mərhələsinin oyunları 8-15 yanvar tarixində keçiriləcək.
1/8 final (8-15 yanvar)
1. "Valyadolid" / "Rayo Valyekano" - "Rekreativo" / "Levante"
2. "Alkorkon" / "Granada" - "Real Jin" / "Espanyol"
3. "Las Palmas" / "Almeriya" - "Rasinq" / "Sevilla"
4. "Olimpik Xativa" / "Real" (Madrid) - "Malaqa" / "Osasuna"
5. "Kartaqena" / "Barselona" - "Jirona" / "Getafe"
6. "Nastiç" / "Valensiya" - "Sant Andreu" / "Atletiko" (Madrid)
7. "Lleyda" / "Betis" - "Selta" / "Atletik" (Bilbao)
8. "Algesiras" / "Real Sosyedad" - "Vilyareal" / "Elche"
1/4 final (22-29 yanvar)
9. 2 - 4
10. 1 - 5
11. 8 - 3
12. 6 - 7
Yarımfinal (5-12 fevral)
10 - 11
9 - 12